Avtosfer.az | Reklam
Avtomobilin içinə düşən qəpikləri toplayıb “Cek pot” uddu
Maraqlı 21 Fevral 2020 00:40 818 dəfə oxunub
Avtomobilin içinə düşən qəpikləri toplayıb “Cek pot” uddu
Sürücü 250 min dollar (425 min manat) udduğunu öyrənib

ABŞ-ın Cənub Karolina ştatında yaşayan sürücü avtomobilini təmizləyən zaman müxtəlif vaxtlarda cibindən düşürdüyü qəpikləri yığaraq lotereya alıb və yüksək məbləğdə pul udub.

REN.TV məlumat verir ki, sürücü qəpikləri avtomobilinin salonunu tozsoranlayan zaman tapıb.

Bir neçə gündən sonra isə adının qaliblər sırasında olub-olmadığını yoxlayan sürücü 250 min dollar (425 min manat) udduğunu öyrənib.

“Cek pot”un qalibi udduğu məbləğin bir hissəsi ilə borclarını qaytaracağını, yerdə qalan məbləği isə ailəsinə xərcləyəcəyini söyləyib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh