Yüngül mühərrikli təyyarə qəzaya uğradı: 3 nəfər həlak olub - FOTO

Qəzalar 21 Fevral 2020 09:00 Oxunub 973
Yüngül mühərrikli təyyarə qəzaya uğradı: 3 nəfər həlak olub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya uğramış təyyarə Kolman gölündən qərbdə boş ərazidə aşkarlanıb

ABŞ-ın Texas ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, insident Kolmen dairəsində qeydə alınıb. Bu barədə “Abilene Reporter News” nəşri məlumat verib.

Məlumata görə, təyyarənin pilotu elektrik avadanlıqlarında yaranmış nasazlıq səbəbindən Abilina aeroportuna qayıtmaq üçün dispetçerə məlumat verib.

Bildirilir ki, hava gəmisi radarlardan fevralın 20-də yerli saatla 6:00 radələrində itib.

Qəzaya uğramış təyyarə Kolman gölündən qərbdə boş ərazidə aşkarlanıb. Göyərtədə olan 3 nəfərin hamısı həlak olub.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh