Əhəd Abıyevin qardaşı işdən çıxarıldı - Yeni təyinat

Gündəm 21 Fevral 2020 10:10 Oxunub 1061
Əhəd Abıyevin qardaşı işdən çıxarıldı - Yeni təyinat
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elvin Abbasov DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi vəzifəsinə təyin edilib

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Avtosfer.az "Report"un Qərb Mərkəzinə istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Elvin Abbasov DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi vəzifəsinə təyin edilib.

E.Abbasov bundan əvvəl baş əməliyyat müvəkkili işləyib.

Nazirin digər əmri ilə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi Zəfər Abıyev vəzifəsindən azad edilib. Z.Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevın qardaşıdır.

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh