Paytaxtda 52 cinayətin üstü açılıb

Gündəm 21 Fevral 2020 11:00 Oxunub 683
Paytaxtda 52 cinayətin üstü açılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İtkin düşmüş 5 nəfər tapılaraq ailəsinə təhvil verilib

Bakının daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət və faktlar haqqında statistik məlumatlar açıqlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, paytaxta keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də 52 cinayətin üstü açılıb. Onlardan 13-ı əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Narkotiklərlə əlaqəli 10, quldurluq üzrə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 9, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 14 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 29 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 5 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh