Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi builki planlarını açıqladı

Gündəm 21 Fevral 2020 11:20 Oxunub 604
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi builki planlarını açıqladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Respublika əhəmiyyətli 68 km-lik Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun çəkilişinin ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır

“Bu ilin sonuna qədər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun üzərindəki Xaldan qəsəbəsindən Gürcüstan sərhədinə qədər olan yolun 54 km-lik Xaldan-Şəki hissəsinin çəkilib başa çatdırılması nəzərdə tutulur”.

Avtosfer.az “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib. 

Onun sözlərinə görə, bundan əlavə, respublika əhəmiyyətli 68 km-lik Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun çəkilişinin ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır. 

“Bu il respublika əhəmiyyətli 36 yol, Bakı şəhəri üzrə isə rayon və qəsəbələrinin abadlaşdırılması üçün 12 yol üçün vəsait ayrılıb”, - o deyib.

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh