Avtomobil qəzası Mingəçevir sakinlərini qazsız qoydu

Gündəm 21 Fevral 2020 12:00 Oxunub 639
Avtomobil qəzası Mingəçevir sakinlərini qazsız qoydu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
89 mm-lik orta təzyiqli qaz xəttini və diametri 65 mm-lik siyirtməni minik avtomobili ilə vuraraq qırıblar

Mingəçevir şəhərində qaz xəttini avtomobillə vuraraq zədələyiblər.

Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Belə ki, bu gün Mingəçevir şəhəri Bağlar massivi 13-cü Bağ küçəsini təbii qazla təmin edən diametri 89 mm-lik orta təzyiqli qaz xəttini və diametri 65 mm-lik siyirtməni minik avtomobili ilə vuraraq qırıblar. Bu səbəbdən 780 abonentin qaz təchizatında fasilə yaranıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh