Bakı-Quba yolunun beton hissəsi bərpa ediləcək

Gündəm 21 Fevral 2020 12:10 Oxunub 711
Bakı-Quba yolunun beton hissəsi bərpa ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu, Azərbaycanda ilk ödənişli yol olacaq

“Bu ilin sonuna qədər Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrindən çəkilən yeni alternativ yolun 100 kilometrlik hissəsinin tikintisinin başa çatdırılması və istifadəyə verilməsi nəzərdə tutulur”.

Avtosfer.az “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovjurnalistlərə bildirib. 

Onun sözlərinə görə, bu, Azərbaycanda ilk ödənişli yol olacaq. 

“Alternativ yol tam istifadəyə verildikdən sonra Bakı-Quba yolunun beton hissəsi bərpa ediləcək. Hər il bu yolun sıradan çıxmış hissələri təmir edilir”, - S.Məmmədov əlavə edib. 

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh