Naxçıvanda ağır yol qəzasında 3 nəfər öldü

Qəzalar 21 Fevral 2020 13:20 Oxunub 777
Naxçıvanda ağır yol qəzasında 3 nəfər öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ç.Hüseynova, T.Hüseynova və azyaşlı orada ölüb

Naxçıvanda yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fevralın 20-də, saat 12 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakinləri - N.Rəhimovun idarə etdiyi “VAZ-21074” və Ə.Məmmədovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub. Nəticədə R.Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T.Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi, 1 yaşlı Allahverdi, habelə Ə.Məmmədovun sərnişini olan arvadı A.Məmmədova xəstəxanaya yerləşdirilib. 

Ç.Hüseynova, T.Hüseynova və azyaşlı orada ölüb.

Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh