Sürücü “Mercedes”in qarşısını kəsib hamilə qadına hücum etdi - VİDEO

Avtosfer TV 21 Fevral 2020 14:32 Oxunub 1457
Sürücü “Mercedes”in qarşısını kəsib hamilə qadına hücum etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərərçəkən vaxtından əvvəl doğuş və gözlərin kimyəvi yanması təhlükəsi ilə xəstəxanaya yerləşdirilib

Rusiyanın Krasnoyarsk şəhərində sürücü bibər qazı ilə hamilə qadına hücum edib. Avtosfer.az xəbər verir ki, insidentin görüntüləri Sverdlovsk küçəsindəki təhlükəsizlik kameralarına düşüb. Kadrlarda, “Toyota” markalı avtomobilin “Mercedes”i yol kənarına sıxışdırdığı və onun qarşısını kəsdiyi görülür. Bundan sonra birinci avtomobilin sürücüsü salondan enərək hamilə qadının olduğu maşına yaxınlaşır, qadın isə öz növbəsində nə baş verdiyini öyrənmək üçün qapının şüşəsini aşağı endirir. Bu arada “Toyota”nın sürücüsü əlindəki bibər qazını qadını üzünə püskürdür. Daha sonra “Mercedes”in sərnişin kreslosunda oturan şəxs hücum edən sürücü ilə dalaşmağa başlayır.

Şahidlərin sözlərinə görə, zərərçəkən vaxtından əvvəl doğuş və gözlərin kimyəvi yanması təhlükəsi ilə xəstəxanaya yerləşdirilib.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh