Avtosfer.az | Reklam
AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi laboratoriyası akkreditasiya edilib
Gündəm 21 Fevral 2020 17:53 239 dəfə oxunub
AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi laboratoriyası akkreditasiya edilib
Qurum standartı uyğun akkreditasiya olunub

Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən Aqrar Xidmətlər Agentliyinin (AXA) Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi laboratoriyasının akkreditasiya olunması üçün qiymətləndirmə aparılıb və uyğunluğu qiymətləndirən qurumun tələblərinə cavab verdiyi müəyyən olunub. Azərbaycan Akkreditasiya Mərkəzinin “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə” 05.02.2020-ci il tarixli 0600-20 UQQA №-li qərari ilə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi laboratoriyası akkreditasiya edilib.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, Laboratoriya, Ekspertiza və Sertifikatlaşma Mərkəzinin Mərkəzi laboratoriyası toxum, torpaq, bitki və suvarma sularının sınağının həyata keçirilməsi üçün AZS İSO/İEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunub.  

ŞƏRH YAZ
Ad
E-mail
Şərh