Avtosfer.az | Reklam
Yeniyetmələr iki "Lamborghini Urus"u qaçırıb bir-biri ilə toqquşdu - FOTO
Avtoxəbər 21 Fevral 2020 16:30 429 dəfə oxunub
Yeniyetmələr iki "Lamborghini Urus"u qaçırıb bir-biri ilə toqquşdu - FOTO
Hər iki oğrunun sürücülük vəsiqəsinə sahib olmadığı bilinib

Yeniyetmələr Boston (ABŞ) yaxınlığında bir avtomobil dilerindən iki Lamborghini Urus krossoverini oğurladılar. Bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Avtosfer.az xəbər verir ki, polisin bildirdiyinə görə, təcavüzkarlar oğurlanmış avtomobillərlə yarış təşkil ediblər və nəticədə bir-biri ilə toqquşublar.  Hazırda yeniyetmələrdən biri tutulub. Oğru ev həbsinə göndərilib. Polis ikinci təcavüzkarı axtarır. Polis hər iki oğrunun sürücülük vəsiqəsinə sahib olmadığını deyib.

Qeyd edək ki, idmansayağı yolsuzluq avtomobili Lamborghini Urus yüksək məhsuldarlığa malik 4.0 V8 twin turbo mühərriki alıb. O, 650 a.g. və 850 Nm fırlanma anına malikdir.Avtomobil yerindən ilk yüzlüyə 3,6 saniyəyə sürətlənir və maksimal sürəti 305 km/saatdır.

Nazim Nadiroğlu

ŞƏRH YAZ
Ad
E-mail
Şərh