Gəmiçilik ötən ilin ekoloji hesabatını verdi

Gündəm 21 Fevral 2020 16:50 Oxunub 750
Gəmiçilik ötən ilin ekoloji hesabatını verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
21,2 ton müxtəlif ölçülü əşyalar yığılıb təhvil verilib

“2019-cu ilin nəticələrinə görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) həm sahil, həm də dəniz obyektlərində formalaşan 207 967,5 ton çirkab məişət-təsərrüfat suyu, 13 392,2 ton neftli döşəməaltı su, 185,9 ton işlənmiş sürtgü yağı, 90,7 ton yağlı əski, 22,3 ton sintetik propilen buraz kəndir qalığı, 220,4 ton şüşə məmulatları bağlanmış müqavilələr əsasında səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb”.

Avtosfer.az xəbər veir ki, bu barədə “Report”a ASCO-dan bildirilib. 

Məlumata görə, həmçinin, 98 ədəd yararsız akkumulyator və halvanik elementlər, 97,8 ton rezin tullantısı, 222 ədəd yanacaq, 634 ədəd yağ və 370 ədəd hava süzgəci, 55 ton işlənmiş boya qabı və boya tullantıları, 423,9 ton taxta tullantı, 2,6 ton tibbi tullantı, 176,6 ton sellüloz (kağız-karton) tullantısı, 264 ton tekstil parça qalığı, 289,5 ton polimer əsaslı və plastmas tullantı, 1 258,1 ton qida qalığı aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 21,2ton müxtəlif ölçülü əşyalar yığılıb təhvil verilib.

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh