Bakıda "qoçu" sürücü piyadanın ölümünə səbəb olacaqdı- 99 RV 393 - VİDEO

Qaydalar 21 Fevral 2020 17:34 Oxunub 3049
Bakıda "qoçu" sürücü piyadanın ölümünə səbəb olacaqdı-  99 RV 393  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü qəzadan son anda yayına bilib

Bakıda qaydalardan xəbərsiz sürücünün təhlükə saçan görüntüsü redaksiyamızın elektron ünvanına göndərilib. Avtosfer.az xəbər verir ki, fevralın 21-i paytaxtın Babək prospektində hərəkət edən 99-RV-393 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü sağa yerdəyişmə edən zaman manevr qaydasını kobud şəkildə pozub. Sürücü sağ zolaqdakı avtomobilə yol vermədən onun zolağına keçən zaman, sağdakı sürücü yolda dayanan piyadanı vurmaqdan son anda yayınıb. Sürücü dayanıb onu intizama dəvət edərək qayda qanunla sürməyi tövsiyə etsə də, o, qayda qanunla sürməyəcəyini bildirərək kobudluq edib.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh