Avtomobil sahibləri 5 "təhlükəli bədxərci” dəyişməyi UNUDURLAR

Avtoxəbər 4 Noyabr 2022 21:45 Oxunub 2098
Avtomobil sahibləri 5 "təhlükəli bədxərci” dəyişməyi UNUDURLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürücülər mühərrikdəki yağı, həmçinin yağ, hava və salon süzgəclərini, ötürücü kəməri və qazpaylayıcı mexanizm kəmərini dəyişdirilməsinin lazım olduğunu bilirlər. Ancaq avtomobildə dəyişdirilməli olan digər "bədxərclər" var. Əks təqdirdə bahalı bir təmirə və ya hətta qəzaya düşə bilərsiniz.

Zəmanət müddəti başa çatdıqda, bir çox sürücü avtomobillərinə az xərc çəkməyə və özləri qulluq etməyə başlayır. Buna görə bəzi bədxərcləri unudulur və ya qəsdən dəyişdirilmir. Əslində bəzi materialların vaxtında dəyişdirilməməsi sahibinə baş ağrısı əlavə edə bilər. Və nəinki baş...

Əyləc mayesi

Əyləc mayesi, yürüşdən asılı olmayaraq hər iki ildən bir dəyişdirilməlidir. Buna çox vaxt laqeyd yanaşılır. Avtomobil yaxşı yavaşlayırsa niyə dəyişilsin. Məsələ burasındadır ki, əyləc - nəmi çox tez udur. İstifadə olunmuş bir avtomobildə əyləc boruları köhnəlibsə, proses daha sürətli olur. Nəticədə, təcili əyləc zamanı su udmuş maye “qaynaya” bilər və avtomobil qəzaya uğrayacaq. Gövdə təmiri əyləc mayesini əvəz etməkdən daha bahalı olduğunu izah etməyə ehtiyac yoxdur. Sağlamlığı isə ümumiyyətlə almaq olmaz.

Ötürücü qutuda yağ

İndi bir çox istehsalçıda sürət qutusu yağının avtomobilin bütün ömrü boyu doldurulduğunu elan etmək dəb halına gəlib. Bu, həm mexaniki ötürücü qutulara, həm də variatorları olan avtomatik sürət qutularına aiddir. Birbaşa nano texnologiya! Ancaq nə desələr də - ötürücüdəki yağ dəyişdirilməlidir! Xüsusilə istifadə edilmiş bir avtomobildə. Axı, onun hansı şəraitdə istismar olunduğunu heç kim bilmir. Transmissiyada qaçılmaz olaraq meydana gələn aşınma məhsulları, bu aqreqatı məhv edə bilər və təmir üçün öz cibinizdən ödəyəcəksiniz.

Mexaniki sürət qutularında ümumiyyətlə hər 100 000 km-dən bir yağ dəyişdirilir. Avropada avtomobil artıq belə bir yürüşdə utilizasiya olunur. Buna görə də istehsalçılar heç bir şeyin dəyişdirilməməsi lazım olduğunu yazırlar. Axı bizdə avtomobili o qədər də tez satmırıq. Ona görə də hətta "mexanika"da yağ yenilənməlidir. "Avtomatlarda" dəyişdirmə aralığı hər 60 000 km-dən birdir. Beləliklə, ötürmə daha uzun xidmət edəcəkdir.

İsitmə və alışdırma şamları

Adətən, alışdırma şamlarına qənaət edilir, isitmə şamlarını isə dəyişdirməyi heç unutmurlar, çünki onlar yürüşlə deyil, vəziyyətinə görə dəyişdirilir. Ancaq mühərrikin sabit işləməsi şamdan asılıdır.

Dəyişməyə laqeyd yanaşsaz, mühərrik - gücünü itirməyə başlayacaq, yanacaq sərfiyyatı artacaq, soyuq havada aqreqatı işə salmaq çətin olacaq.

Yüksək gərginlikli tellər

Zamanla çatlayır, əriyir, elastikliyini itirir, kontaktları isə oksidləşir. Adətən tellərin xidmət müddəti - 8 ildir, bundan sonra onlar dəyişdirilməlidir. Əks təqdirdə problemlər əldə edəcəksiz. Mühərrik pis işə düşəcək. Və xüsusilə nəm havalarda, az dövriyyədə işləyərkən tez-tez dayanır. Tellərin daha uzun olması üçün onlar silikon yağla yağlanır. Buna görə onlar elastikliyini yavaş - yavaş itirirlər.

Paylayıcı qutudakı yağ

Paylayıcı qutudakı yağ təxminən 45 000 km yürüşdə dəyişdirilməsi qeyd olunur. Ancaq tez-tez yolsuzluğa gedirsizsə, dəyişdirmə aralığı ən yaxşı şəkildə 15 000 km-ə endirilir. Yağ ilə yanaşı, aralıqlar(prokladka) dəyişdirilməlidir. Beləliklə, transmissiya üçün daha etibarlı və sakit olacaq.

 

Natiq Nazimoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh