Sürücülərə qəzadan sonra forma 4 arayışı onlayn qaydada verilir - VİDEO

Yol polisi 21 Fevral 2020 21:25 Oxunub 1568
Sürücülərə qəzadan sonra forma 4 arayışı onlayn qaydada verilir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzadan sonra yol polisinin sığorta şirkətinə göndərdiyi elektron' 'forma-4'' arayışı təkmilləşdirilir

Yol nəqliyyat hadisəsi zamanı sürücünün polis şöbəsinə gedərək, ''forma-4'' arayışı almağına ehtiyac yoxdur. Hələ ötən ilin oktyabr ayından Baş Dövlət Yol Polisi İdarəsinin sistemi icbari sığorta bürosunun elektron sisteminə inteqrasiya edilib və qəzadan sonra yol polisi ''forma-4'' arayışını elektron qaydada sığorta şirkətlərinə göndərir. Bu gün İcbari Sığorta Bürosu, Baş Dövlət Yol Polisi İdarəsi və sığorta şirkətlərinin əməkdaşları bir araya gələrək, sözügedən elektron arayışla bağlı bəzi müzakirələr aparıblar.

Qəzadan sonra yol polisinin sığorta şirkətinə göndərdiyi elektron''forma-4'' arayışı təkmilləşdirilir.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsində işçi qrupu yaradılıb. İcbari Sığorta Bürosu, Sığorta şirkətləri və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bir araya gələrək bu sahədə olan bəzi nöqsanların aradan qaldırılması ilə bağlı müzakirə aparıblar. İcbari Sığorta Bürosunun İcraçı Direkoru Rəşad Əhmədov deyib ki, ötən ilin oktyabr ayından etibarən, qəzadan sonra ''forma-4'' arayışının elektron qaydada verilməsi tətbiq edilir. Bunun daha da təkmilləşdirilməsi üçün hətta yol polisi idarəsində işçi qrupu da yaradılıb.

Tədbirdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, arayışın elektron qaydada verilməsi Daxili İşlər Nazirliyinin rəhbərliyinin təşəbbüsü ilə tətbiq edilib. Məqsəd də vətəndaş məmnunluğunu təmin etmək və sürücü ilə yol polisi arasında ünsiyyəti minumuma endirməkdir.

Onu da qeyd edək ki, qəzadan sonra ərazi üzrə yol polis şöbəsinin inspektorları araşdırma aparır və 10 gün müddətində həmin elektron arayışı sığorta şirkətinə göndərir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh