Bir neçə saat əvvəl aldığı “Ferrari F40” maşını həyətində alışıb-yanan şəxs bu üsula əl atdı - FOTO

Avtodünya 21 Fevral 2020 21:45 Oxunub 2419
Bir neçə saat əvvəl aldığı “Ferrari F40” maşını həyətində alışıb-yanan şəxs bu üsula əl atdı  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yoldan keçən bir şəxs bu görüntünü video çəkərək internetdə paylaşıb

Monakonun Monte-Karlo şəhərində şəxsi həyətdə avtomobil od tutub yanmağa başlayıb.

“Daily Mirror”un verdiyi xəbərə görə, sahibi “Ferrari F40” markalı avtomobilini evin eyvanından bağının suvarıldığı şlanqdan tökdüyü su ilə söndürməyə çalışıb.

Yoldan keçən bir şəxs bu görüntünü video çəkərək internetdə paylaşıb.

Məlum olub ki, sahibi avtomobili bir neçə saat əvvəl alıb, sürətlə idarə etdiyi maşını həyətin divarına çırpıb. Avtomobilin mühərrikində başlanan yanğın digər hissələrə də yayılıb.

Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovu söndürüblər. Lakin 1 000 000 funt sterlinq (2,192,100 AZN) qiyməti olan lüks avtomobilin yerində yalnız yanmış dəmir yığını qalıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh