Yol polisi ölümə gedən velosipedçi ilə bağlı açıqlama verdi - VİDEO

Gündəm 21 Fevral 2020 23:55 Oxunub 1161
Yol polisi ölümə gedən velosipedçi ilə bağlı açıqlama verdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis pozuntusuyla diqqət çəkən bu şəxsin kimliyini araşdırır

İndi sizə təqdim edəcəyimiz kadrlarda velosiped sürücüsünün etdiyi kobud qayda pozuntusunu görəcəksiniz. Beləki soyuqdan qorunmaq üçün sürətli magistralda avtobusun arxasıyla gedən şəxs öz həyatını təhlükəyə atır. Polisdən verilən məlumata görə isə həmin şəxs saxlanılacaq.

Sürətli yolda avtobusun arxasıyca çox yaxın məsafədə velosiped idarə edən şəxs həyatını təhlükəyə atır. Çünki ani tormozlanma zamanı həmin şəxsin ağır xəsarətlə yekunlaşacaq qəzada iştirak etməsi an məsələsidir.

Aydındır ki, həmin şəxs bu hərəkəti soyuqdan qorunmaq üçün edir. Amma bunu edərkən heç bir təhlükəsizlik qaydasını da gözləmir.

Görüntünü izləyən Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bu kimi hallara zaman-zaman rast gəlindiyini, hər bir faktın polis tərəfindən araşdırıldığını bildirib.

Vaqif Əsədov velosiped sürücülərinə xüsusi ilə magistral yollara çıxarkən təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyyə edib.

İndi polis pozuntusuyla diqqət çəkən bu şəxsin kimliyini araşdırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh