"Formula 1": Son gündə ən yaxşı nəticəyə "Mercedes" komandası imza atdı

Yarışma 22 Fevral 2020 08:00 Oxunub 2448
"Formula 1": Son gündə ən yaxşı nəticəyə "Mercedes" komandası imza atdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mövsüm öncəsi ikinci test sessiyası 26-28 fevralda olacaq

Ötən gün "Formula 1" üzrə dünya çempionatının mövsüm öncəsi ilk test sessiyasına yekun vurulub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, İspaniyanın Barselona şəhərindəki "Katalunya" trasında keçirilən sonuncu gündə ən yaxşı nəticəyə Almaniyanın "Mercedes" komandasının pilotu Valtteri Bottas imza atıb - 1 saat 15,732 saniyə (65 dövrə).

"Mercedes"in digər sürücüsü Lüis Hemilton isə 1 saat 16,516 saniyə (73 dövrə) göstərici ilə ikinci olub. İlk "3-lüy"ü 1 saat 17,102 saniyə (76 dövrə) nəticə ilə Fransanın "Reno" kollektivinin pilotu Esteban Okon tamamlayıb.

Qeyd edək ki, test sessiyasının ilk günündə ən yaxşı göstəriciyə 1 saat 16, 976 saniyə (94 dövrə) nəticə ilə "Mercedes" komandasının pilotu Lüis Hemilton imza atmışdı. İkinci gündə isə İsveçrənin "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen hamını qabaqlamışdı.

Xadırladaq ki, mövsüm öncəsi ikinci test sessiyası 26-28 fevralda olacaq. "Formula 1" üzrə 2020-ci il dünya çempionatında ilk Qran-pri 13-15 martda Avstraliyadakı “Albert Park” trasında keçiriləcək. Mövsümə 27-29 noyabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi isə 5-7 iyunda olacaq.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh