Azərbaycanda sərnişinlərin ən çox istifadə etdiyi nəqliyyat vasitələri açıqlanıb

Gündəm 22 Fevral 2020 08:45 Oxunub 835
Azərbaycanda sərnişinlərin ən çox istifadə etdiyi nəqliyyat vasitələri açıqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 5,4 faiz artaraq 19,6 milyon nəfər olub

2020-ci ilin yanvar ayında Azərbaycanda nəqliyyatçılar 148,6 milyon nəfərə və ya 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çox sərnişinə xidmət göstəriblər.

Avtosfer.az Trend-ə istinadən məlumatına görə, sərnişinlərin 86,4 faizi avtomobil nəqliyyatı, 13,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 128,4 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz artım qeydə alınıb. Sərnişinlərin 96,4 faizi avtobus, 3,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 1,5 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 5,4 faiz artaraq 19,6 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 194,4 min və ya 19,1 faiz çox sərnişin daşınmış, daşımaların 99,7 faizi dövlət, 0,3 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh