Türkiyədə mikroavtobus yük maşını ilə toqquşub, çox sayda xəsarət alan var

Qəzalar 22 Fevral 2020 09:15 Oxunub 845
Türkiyədə mikroavtobus yük maşını ilə toqquşub, çox sayda xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində 13 nəfər xəsarət alıb

Türkiyənin Aksaray şəhərində mikroavtobus yük maşını ilə toqquşub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza Aksaray-Ankara avtomobil yolunun 3-cü kilometrində baş verib.

Məlumata əsasən, qəza nəticəsində 13 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım briqadaları və xilasedicilər cəlb edilib.

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Qəza ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh