Avtosfer.az | Reklam
Gürcü nömrəli "Mercedes" "Volvo" ilə toqquşub bu hala düşdü, 1 ölü, 4 yaralı - FOTO
Avtosfer Foto 22 Fevral 2020 16:05 881 dəfə oxunub
Gürcü nömrəli "Mercedes" "Volvo" ilə toqquşub bu hala düşdü, 1 ölü, 4 yaralı - FOTO
"Mercedes" markalı minik avtomobili "Volvo" markalı yük maşınına çırpılıb

Ucarda baş verən yol qəzasında bir nəfər ölüb, dörd nəfər xəsarət alıb. Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb. Belə ki, 1964-ci il təvəllüdlü Bakı şəhər sakini Qarayev Eldar Tofiq oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili Türkiyə vətədaşının idarə etdiyi "TIR"la toqquşub. Nəticədə Bakı şəhər sakinləri - sürücü Qarayev Eldar Tofiq oğlu, sərnişinlər - Qarayeva Fatimə Sabir qızı, Qarayev Sahib Eldar oğlu, Əliyeva Kamalə Sabir qızı və Gürcüstan vətəndaşı Qərəkməzli Namiq Vahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanlardan biri - Qərəkməzli Namiq Vahid oğlu vəziyyəti ağır olduğu üçün həkimlər onun həyatını xilas edə bilməyiblər.

***

Bakı-Qazax avtomobil yolunun 122-ci kilometrliyində yol qəzası baş verib.  Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Ucar rayonunun Pirkənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Eldar Tofiq oğlu Qarayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili "Volvo" markalı yük maşınına çırpılıb. Nəticədə "Mercedes"də olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh