Bakıda daha bir avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO

Gündəm 22 Fevral 2020 19:30 Oxunub 802
Bakıda daha bir avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paylaşım edən şəxs videonun yanvarın 22-də lentə alındığını qeyd edib

Daha bir avtobus sürücüsünün qaydaları kobud surətdə pozmasının görüntüləri yayılıb. Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, 35 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsü bütün yol boyu mobil telefonla danışıb. 

Sürücünün sükan arxasında telefonla danışdığına dair videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Paylaşım edən şəxs videonun yanvarın 22-də lentə alındığını qeyd edib:

“35 nömrəli avtobusun sürücüsü demək olar ki, bütün yol boyu telefonla danışıb. Bakıxanovda yerləşən “Badu Kübə” restoranından Əhmədli metrosuna qədər telefonu yerə qoymayıb”.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh