Anasının əlindən çıxıb yola qaçan uşağı avtomobil vurdu

Qəzalar 22 Fevral 2020 22:45 Oxunub 1424
Anasının əlindən çıxıb yola qaçan uşağı avtomobil vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az “Report” -a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Moskva prospektində qeydə alınıb.

Belə ki, 159 nömrəli tam orta məktəbin şagirdi Kərimli Vaqif Sənan oğlu anasının əlindən çıxaraq yola qaçıb. Nəticədə “VAZ-2107” markalı avtomobil 10 yaşlı uşağı vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

Həkim müayinəsindən keçdikdən sonra uşağa ənsə sümüyünün sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh