Bakıda polislər qadının həyatını xilas etdilər - VİDEO

Yol polisi 23 Fevral 2020 01:50 Oxunub 1375
Bakıda polislər qadının həyatını xilas etdilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolu keçmək istəyən qadının halı anidən pisləşib və müvazinətini itirərək yerə yıxılıb

Bakıda qadın xidmət aparan polis avtomobilinin qarşısında yıxılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında paytaxt küçələrinin birində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən qadının halı anidən pisləşib və müvazinətini itirərək yerə yıxılıb. 

Bu zaman ərazidə olan Post Patrul Xidmətinin əməkdaşları qadına ilkin tibbi yardım göstərib, daha sonra onu xidməti avtomobillə xəstəxanaya çatdırıblar.

Hadisə anı digər avtomobildə olan video qeydiyyatçı vasitəsi ilə lentə alınıb. İlkin məlumata görə, hazırda qadının vəziyyəti yaxşıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh