Technol “Partners & Business” sərgisində uğurla iştirak etdi - FOTO

Yeniliklər 24 Fevral 2020 11:00 Oxunub 1791
Technol “Partners & Business” sərgisində uğurla iştirak etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İstehsal prosesinin təşkili məqsədilə alman istehsalı olan avadanlıqlar quraşdırılıb

20-22 Fevral tarixlərində Bakı İdman Sarayında keçirilən “Partners & Business - Baku 2020” sərgisində Technol uğurla iştirak edib. Azərbaycanın iş dünyasını təmsil edən müəssisə və təşkilatların qatıldığı tədbirdə şirkət müxtəlif kateqoriyalar üzrə istehsal etdiyi 60 çeşiddə məhsulunu nümayiş etdirib. Sərginin ilk günündən Technol şirkətinin hazırladığı stendə maraq böyük olub. Şirkətin nümayəndələri sərgi ziyartəçilərinə Technol markası, zavodun istehsal gücü, tərəfdaş olduğu xammal təchizatçıları, istehsal etdiyi məhsullar, istehsalda tətbiq olunan texnologiya və beynəlxalq standartlar, eləcə də laboratoriya imkanları haqqında ətraflı informasiya veriblər. Ziyarətçilər şirkətin istehsal etdiyi müxtəlif çeşidli məhsulları ilə tanış olub, onların tərkib və özəllikləri bardədə geniş məlumatlandırılıblar. Gördüklərindən və əldə etdikləri bilgilərdən məmnun qalan ziyarətçilər beynəlxalq standartlara cavab verən Technol yağlarının münasib qiymətə müştərilərə təklif edilməsini müsbət qarşılayıblar.

Ümumilikdə 3 gün davam edən sərgi çərçivəsində Technol şirkətinin stendini 250-ə yaxın insan ziyarət edib. Şirkət nümayəndələri 40-dan çox ikitərəfli işgüzar görüş keçirib, yeni tərəfdaşlıqların qurulması, ixrac imkanlarının dəyərləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. 

10.000-dən çox insanın ziyarət etdiyi sərgidə 150-yə yaxın yerli şirkətin təklif etdiyi məhsul və xidmətləri nümayiş olunub.

Gündəlik 140, illik 50 min ton istehsal gücünə malik Technol şirkətində istehsal prosesinin təşkili məqsədilə alman istehsalı olan avadanlıqlar quraşdırılıb, istehsal prosesinin tam avtomatlaşdırılması həyata keçirilib. ABŞ, B.Britaniya, Almaniya və Yaponiyanın tanınmış firmalarının müasir cihazları ilə təchiz edilən şirkət, yağların geniş səpkidə dəqiq analizi üçün beynəlxalq akkreditasiyadan keçmiş (ISO 17025:2017) müasir laboratoriyaya malikdir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh