Avtobusun qəza anı saniyə-saniyə görüntüləndi - VİDEO

Gündəm 23 Fevral 2020 08:00 Oxunub 739
Avtobusun qəza anı saniyə-saniyə görüntüləndi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində iki nəfər yaralanıb

Türkiyənin Ərzurum şəhərində “Bursaspor” azarkeşlərini daşıyan avtobus qəzaya uğrayıb. Yol-nəqliyyat hadisəsi sərnişinlərdən biri tərəfindən təsadüfən qeydə alınıb. Bu barədə “HaberGlobal” məlumat yayıb. Bildirilir ki, avtobus qarşısında hərəkət edən TIR-a dəyməmək üçün manevr edib. Lakin yolun buzlanması səbəbindən sürücü idarəetməni itirib və avtobus aşıb.

Qəza nəticəsində iki nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.

 

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh