Yol keçən 64 yaşlı kişini avtomobil vurdu

Qəzalar 23 Fevral 2020 08:45 Oxunub 811
Yol keçən 64 yaşlı kişini avtomobil vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, Şərifzadə küçəsində yolu keçən 1956-cı il təvəllüdlü Məmmədov Tahir Əli oğlunu minik avtomobili vurub. Nəticədə piyada ağır bədən xəsarəti alıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması qoyulub və vəziyyəti ağır olduğuna görə reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh