Bakıda avtobus yük maşını ilə toqquşub

Qəzalar 23 Fevral 2020 09:45 Oxunub 915
Bakıda avtobus yük maşını ilə toqquşub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Ford Transit" markalı avtomobillə 164 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu toqquşub

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Salyan yolunun Qaradağ rayonu ərazisinə düşən hissəsində baş verib.

Hərəkətdə olan "Ford Transit" markalı avtomobillə 164 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu toqquşub. Hadisə zamanı "Ford" markalı avtomobilin sərnişini - 1992-ci il təvəllüdlü İbrahimli Əsgər Namiq oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Fakla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh