Göyçayda avtomobil ağaca çırpıldı

Qəzalar 23 Fevral 2020 11:45 Oxunub 1269
Göyçayda avtomobil ağaca çırpıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı sürücü müxtəlif növ bədən xəsarətləri alıb

Göyçay rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az "Report"un Yuxarı Şirvan bürosuna istinadən məlumatına görə, hadisə Göyçay-Bərgüşad avtomobil yolunun 5-ci kilometrliyində, Kürdəmiş kəndində qeydə alınıb.

Belə ki, şəxsiyyəti hələ məlum olmayan sürücü “VAZ-21099” markalı avtomobillə hərəkətdə olarkən qəfil nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü müxtəlif növ bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh