Yük maşını “taksi”nin üzərinə aşıb - FOTO

Qəzalar 23 Fevral 2020 11:54 Oxunub 1064
Yük maşını “taksi”nin üzərinə aşıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanın baş vermə səbəbləri araşdırılır

Rusiyanın Moskva şəhərində yük maşını avtomobilin üzərinə aşıb. Avtosfer.az xəbər verir ki, insident ötən gün Bolşoy Tulıskoy küçəsində qeydə alınıb. Bu barədə şahid “RİA Novosti”yə məlumat verib. Şahidin bildirdiyinə görə, inşaat artıqlarını daşıyan yük maşını, taksi fəaliyyəti göstərən “KİA” markalı minik avtomobilinin üzərinə aşıb.

Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ancaq “KİA”ya ciddi ziyan dəyib.

Hadisə yerinə Yol Patrul Xidməti və təcili tibbi yardın briqadasının əməkdaşları cəlb edilib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh