Kaliforniyada reys avtobusu yol kənarına aşdı: 3 ölü, 18 yaralı – VİDEO

Qəzalar 23 Fevral 2020 12:08 Oxunub 1183
Kaliforniyada reys avtobusu yol kənarına aşdı: 3 ölü, 18 yaralı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda faktla bağlı araşdırmalara başlanılıb

ABŞ-ın Kaliforniya ştatında avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə ötən gün San-Dieqo şəhərindən 72 kilometr aralıda “şose 76”da qeydə alınıb. Bu barədə Nort dairəsinin yanğınsöndürmə xidmətindən məlumat verilib.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan reys avtobusu, sürücüsünün idarəetməsindən çıxaraq yol kənarına aşıb.

Nəticədə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Yaralılardan 3-ü, həkimlərin bütün səylərinə baxmayaraq orada dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh