Türkiyə-İran sərhədində zəlzələ: Vanda 7 nəfər ölüb - FOTO

Gündəm 23 Fevral 2020 14:15 Oxunub 954
Türkiyə-İran sərhədində zəlzələ: Vanda 7 nəfər ölüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ Türkiyədə dağıntı və tələfatlara səbəb olub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Türkiyənin Van şəhərinin Başqala rayonunda dağıntılar altında qalan 3-ü uşaq olmaqla 7 nəfər ölüb, 5 nəfər yaralanıb. Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu hazırda axtarış xilasetmə işlərinin davam etdirildiyini, dağıntılar altında qalanların olduğunu bildirib. Nazir Türkiyənin İranla sərhəd digər bölgələrində dağıntılarla bağlı hələ ki, bir məlumatın daxil olmadığını qeyd edib.

Qeyd edək ki, zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh