Hindistanda “MiQ-29K” tipli təyyarə qəzaya uğrayıb

Qəzalar 23 Fevral 2020 14:39 Oxunub 1275
Hindistanda “MiQ-29K” tipli təyyarə qəzaya uğrayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pilot katapult edib və xilas edilib

Hindistanın Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus MiQ-29K tipli təlim təyyarəsi qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 23-də yerli saatla 10:30 radələrində Qoa ştatında qeydə alınıb. Bu barədə ölkənin HDQ-nin nümayəndəsi öz “Twitter” hesabından məlumat yayıb.

Məlumata görə, insident təyyarənin təlim uçuşu yerinə yetirdiyi zaman baş verib.

Bildirilir ki, pilot katapult edib və xilas edilib.

Müvafiq qurumlar tərəfindən qəzanın baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh