Şəkidə it sakinlərə hücum edərək bir neçə nəfəri dişlədi

Gündəm 23 Fevral 2020 18:00 Oxunub 1142
Şəkidə it sakinlərə hücum edərək bir neçə nəfəri dişlədi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralıların hər üçünün müalicələri davam etdirilir

Şəkidə it sakinlərə hücum edib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Qırxbulaq kəndində baş verib. İt sakinlərə hücum edərək 2014-cü il təvəllüdlü Hüseynov Vüsal Nadir oğluna, 2011-ci il təvəllüdlü Əlili Adəm Polad oğluna və 2008-ci il təvəllüdlü Əlifov Cəlal Cavanşir oğluna xəsarət yetirib. Xəsarət alanlar yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəstəxanada yaralılara yardım göstərilib və onlar quduzluğa qarşı peyvənd olunub.

Yaralıların hər üçünün müalicələri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh