Huşunu itirən qadının başının üstündən az qala avtobus keçəcəkdi - VİDEO

Avtosfer TV 23 Fevral 2020 18:45 Oxunub 1691
Huşunu itirən qadının başının üstündən az qala avtobus keçəcəkdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xoşbəxtlikdən qadın hadisə nəticəsində xəsarət almayıb

Rusiyanın Rostov əyalətində huşunu itirən qadının yolun hərəkət zolağına yıxılması və avtobusun altında qalmaqdan son anda qurtulma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident Azov şəhəri ərazisində qeydə alınıb.

Kadrlarda, bir qadının səkidə irəlilədiyi və qəfildən yolun hərəkət hissəsinə yıxıldığı görülür. Bu an onun başı, sürətlə hərəkətdə olan avtobusun təkərlərinin altında qalmaqdan santimetr məsafə ilə sovuşub.

Yerli KİV-in bildirdiyinə görə, o, birdən özünü pis hiss edib və huşunu itirərək yıxılıb.

Xoşbəxtlikdən, qadın hadisə nəticəsində xəsarət almayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh