Avtosfer.az | Reklam
"Mercedes"in sürücüsünə "Kamaz" və "07"-nin cəriməsi göndərildi: Şikayət - FOTO
Oxucu məktubları 24 Fevral 2020 12:54 617 dəfə oxunub
"Mercedes"in sürücüsünə "Kamaz" və "07"-nin cəriməsi göndərildi:  Şikayət - FOTO
Sürücü həmin qərarların ləğv edilməsini xahiş edir

Sürücü Ağamalıyev Tural fevralın 3-də Hacıqabul-Horadiz yolunda hərəkətdə olarkən xüsusi texniki vasitə ilə onun barəsində elektron qərarlar tərtib olunub. Sürücü tərtib edilmiş qərarların qanunsuz olduğunu iddia edir. Sürücü Avtosfer.a-a açıqlamasında bildirib ki, fevralın 3-ü idarə etdiyi “Mercedes” markalı 99-GN-197 qeydiyyat nişanlı avtomobillə İmişli rayonu istiqamətində  hərəkətdə olarkən qaydaları pozmadığı halda barəsində elektron qərarlar tərtib edilib. Lakin tərtib olunmuş qərarlarda ona aid olmayan 99-UG-586 qeydiyyat nişanlı “Vaz  2107” markalı və 30-BG-660 qeydiyyat nişanlı “Kamaz” markalı avtomobillərin fotosu və qeydiyyat nişanları əks olunub.

Sürücü Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən həmin qərarların ləğv edilməsini xahiş edir.

 

Təbriz

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh