Misirdə mikroavtobus yük maşını ilə toqquşdu: 10 ölü, 5 yaralı

Qəzalar 24 Fevral 2020 12:58 Oxunub 883
Misirdə mikroavtobus yük maşını ilə toqquşdu: 10 ölü, 5 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzada günahkar ehtimal edilən yük maşınının sürücüsü saxlanılıb

Misirdə mikroavtobusun və yük maşınının iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident fevralın 24-də Qahirənin Beynəlxalq Hava Limanı yaxınlığından keçən trasda qeydə alınıb. Bu barədə “Al Ahram” qəzeti məlumat yayıb.

Məlumata görə, toqquşma nəticəsində 10 nəfər ölüb, daha 5-i isə xəsarət alıb. Yaralılar, ambulanslarla xəstəxanaya çatdırılıblar.

Qəzada günahlandırılan yük maşınının sürücüsü saxlanılıb.

Digər təfərruatlar barədə məlumat verilmir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh