Güzgüdə özünü görən oğrunun gülməli qaçış anı - VİDEO

Gündəm 24 Fevral 2020 14:55 Oxunub 746
Güzgüdə özünü görən oğrunun gülməli qaçış anı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“HaberGlobal” həmin anın maraqlı görüntülərini təqdim edib

Türkiyədə qeyri-adi oğurluq hadisəsi müşahidə kameraları tərəfindən qeydə alınıb.

Belə ki, səhər saatlarında oğurluq məqsədi ilə təlim mərkəzinə girən bir nəfər güzgüdə özünü görəndə təlaşa düşüb.

“HaberGlobal” həmin anın maraqlı görüntülərini təqdim edib.

Bildirilir ki, hadisə “Antalya Atış Poliqonu”nda qeydə alınıb. Kadrlardan görünür ki, oğru pəncərəni qıraraq içəri keçib. O, dəhlizə doğru irəlilədiyi əsnada aynada özünü görərək qorxub, ardınca isə əynində hərbi geyim, eynək və başında dəbilqə olan maket əsgərlə qarşılaşanda panikaya düşərək sürətlə qaçıb.

Artıq hadisə ilə bağlı istintaqa başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh