Tolik "AZAL"ı sərt tənqid etdi: "Aeroporta giriş-çıxış pulsuz olmalıdır" - VİDEO

Gündəm 24 Fevral 2020 15:00 Oxunub 776
Tolik "AZAL"ı sərt tənqid etdi: "Aeroporta giriş-çıxış pulsuz olmalıdır" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dünyanın heç bir yerində aeroporta giriş-çıxış etmək üçün əlavə pul ödəmirlər, bu yalnız Azərbaycandadır

Prodüser-aparıcı Tolik (Tarix Əliyev) Xəzər televiziyasında “Azərbaycan Hava Yolları”nın (AZAL) fəaliyyətini sərt tənqid edib.

Avtosfer.az Unikal.org-a istinadən xəbər verir ki, Tolik verilişdə Heydər Əliyev Beynəlxalq Aeroportuna daxil olan avtomobillərin 15 dəqiqəyə görə pul ödəməməli olduğunu bildirib:

"Hörmətli Cahangir müəllim, dünyanın hər bir yerində aeroporta giriş-çıxışın 15 dəqiqəsi pulsuzdur. Bizi taksi sürücüsü 15 manata aeroporta aparır, onun da 1 manatını oraya ödəyir. Dünyanın heç bir yerində aeroporta giriş-çıxış etmək üçün əlavə pul ödəmirlər, bu yalnız Azərbaycandadır. Taksi sürücüsü sərnişini Mərdəkan qəsəbəsindən 4 manata gətirir, onun da bir manatını hava limanına ödəniş edir. Aeroport başqa ölkə deyil, vətəndaşlara xidmət edən bir məkandır. Ən böyük qlobal problemlərdən biri də bu Aeroport məsələsidir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh