Xanım sürücü “Mini Cooper”lə su kanalına düşdü – FOTO + VİDEO

Avtosfer TV 24 Fevral 2020 15:18 Oxunub 1152
Xanım sürücü “Mini Cooper”lə su kanalına düşdü – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xilasetmə xidmətinin əməkdaşları avtomobili sudan kran vasitəsi ilə çıxarıblar

Rusiyanın Sankt-Peterburq şəhərində qadın sürücünün idarə etdiyi avtomobilin su kanalına düşmə görüntüləri təhlükəsizlik kameralarına düşüb. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saatlarında Neva çayına tökülən Fontanka kanalının sahil yolu üzərində yerləşən 50-ci evin qarşısında qeydə alınıb.

Kadrlarda, “Mini Cooper” markalı avtomobilin qəfildən idarəetmədən çıxdığı və onun əvvəlcə səkiyə dəydiyi, sonra da dəmir məhəcəli aşıraraq su kanalına düşdüyü görülür.

“Fontanka” saytının məlumatına görə, 40 yaşlı xanım sürücü öz imkanları ilə suya düşmüş avtomobildən çıxaraq sahilə üzüb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Xilasetmə xidmətinin əməkdaşları isə avtomobili düşdüyü yerdən kran vasitəsi ilə çıxarıblar.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh