Svetoforun qırmızı işığını saymayan sürücü- 10 RA 220 - VİDEO

Qaydalar 24 Fevral 2020 16:00 Oxunub 1385
Svetoforun qırmızı işığını saymayan sürücü-  10 RA 220 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzalar bu cür sürücülərə görə baş verir

Bakıda qayda pozan daha bir sürücü kameraya düşdü. Görüntünü qeydə alan sürücü videogörüntünü redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, fevralın 24-ü paytaxtın Gəncə prospektində hərəkət edən 10-RA-220 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında dayanmadan hərəkətinə davam edib. 

Sürücülər bəzən yolda qoyulmuş svetoforları və yol nişanlarını lazımsız bilərək qanundan kənara çıxırlar. Amma bilmək lazımdır ki, yol nəqliyyat hadisələri, yolda insan ölümləri sayının artması bu cür qaydaların pozulmasına görə baş verir. Yəni sürücü bu dəfə qırmızı işıqda keçib qəzaya düşmədisə o demək deyil ki, heç vaxt qəzaya düşməyəcək. 

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh