AXCP üzvünün üzərinə avtomobil sürən şəxs saxlanıldı

Gündəm 24 Fevral 2020 17:00 Oxunub 750
AXCP üzvünün üzərinə avtomobil sürən şəxs saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
A.Mustafayev küçəsində onun həyatına qəsd olunması ilə bağlı iddiaları tam və hərtərəfli araşdırılıb

“Vətəndaş Ruslan Nəsirlinin müraciəti ilə əlaqədar, fevralın 22-də Nəsimi rayonu, A.Mustafayev küçəsində onun həyatına qəsd olunması ilə bağlı iddiaları tam və hərtərəfli araşdırılıb”.

Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

E.Hacıyevin sözlərinə görə, sürücü müəyən olunaraq Baş İdarəyə dəvət olunub, onun hərəkətlərində "Yol hərəkəti haqqında" qanuna uyğun olaraq, manevr qaydalarının pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq edilib. 

Araşdırmalar zamanı Ruslan Nəsirliyə qarşı hər hansı qəsd faktı təsdiqini tapmayıb.

Qeyd edək ki, R.Nəsirli AXCP üzvüdür.

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh