Nazir: "BTQ Gürcüstanın nəqliyyat infrastrukturunun imkanlarını əhəmiyyətli dərəcədə artıracaq"

Gündəm 24 Fevral 2020 17:34 Oxunub 895
Nazir: "BTQ Gürcüstanın nəqliyyat infrastrukturunun imkanlarını əhəmiyyətli dərəcədə artıracaq"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görüşdə “Orta dəhliz” layihəsi ilə bağlı da fikir mübadiləsi aparılıb

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava TRASECA layihəsinin baş katibi Aset Asavbayevlə görüşüb. “Report”un yerli bürosu xəbər verir ki, görüşdə TRASECA layihəsinin Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına yönəldiyi bildirilib. Tərəflər Gürcüstanın layihədə iştirakını və gələcək əməkdaşlığının perspektivlərini müzakirə ediblər.

N.Turnava Gürcüstanda iqtisadi tendensiyalar, planlaşdırılan islahatlar, ölkənin nəqliyyat və loqistika imkanlarının gücləndirilməsi üçün hökumətin qəbul etdiyi qərarlar barədə məlumat verib.

Nazir Gürcüstanda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb sürət magistralı və limanların inkişafı ilə bağlı layihələr barədə danışıb. Onun sözlərinə görə, bu layihələrin yekunlaşdırılmasından və istifadəyə verilməsindən sonra Gürcüstanın nəqliyyat infrastrukturunun imkanları əhəmiyyətli dərəcədə artacaq, həmçinin daşınmaların təhlükəsizliyi də gücləndiriləcək. Görüşdə “Orta dəhliz” layihəsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Tərəflər dəhlizin inkişafı üçün əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh