Bakıda ağır yol qəzası, iki nəfər xəsarət aldı

Qəzalar 24 Fevral 2020 23:55 Oxunub 907
Bakıda ağır yol qəzası, iki nəfər xəsarət aldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır.

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az “Report”-a istinadən məlumatına görə, hadisə Sabunçu qəsəbəsi Şəhər şossesində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Xasaylı Qalib Sahib oğlu və 1989-cu il təvəllüdlü İsmayılov Əliağa Akif oğlu xəsarət alıb.

Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Həkim müayinəsindən sonra Qalib Xasaylıya sağ diz oynağının əziyi, İsmayılov Əliağaya isə çanağın əzilməsi diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh