Bakıxanovda piyadanı vuran sürücü qaçdı

Qəzalar 25 Fevral 2020 01:00 Oxunub 1036
Bakıxanovda piyadanı vuran sürücü qaçdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bu gecə paytaxtda daha bir piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az “Report”-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, yolu keçən 2003-cü il təvəllüdlü İbişov Elvin Ağabəy oğlunu minik avtomobili vurub. 

17 yaşlı gənci vuran sürücü hadisə yerindən qaçıb.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ mil biləyin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh