Ən çox satılan Çin istehsalı olan avtomobillərin - REYTİNQİ

Avtoxəbər 25 Fevral 2020 16:10 Oxunub 6563
Ən çox satılan Çin istehsalı olan avtomobillərin - REYTİNQİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yerli sakinlərin ən çox bəyəndikləri model “Haval” olub

Rusiyalılar 2020-ci ilin ilk ayında 3281 ədəd Çin istehsalı olan avtomobil əldə ediblər. Avtosfer.az xəbər verir ki, bu ötən ilin eyni göstəricisindən 2 dəfə çoxdur. “Avtostat” agentliyinin mütəxəssisləri Rusiya vətəndaşları arasında ən populyar olan çin avtomobillərinin reytinqini tərtib ediblər.

Yerli sakinlərin ən sevimli seqmenti “Haval” olaraq qalıb, modeldən 1370 ədəd əldə edilib. Bu ötən ilin satışları ilə müqayisədə 4 dəfə çoxdur.

Satışlarının artmasına baxmayaraq (+2,5 dəfə), ikinci “Geely” olub, markadan 873 ədəd realizə edilib.

Liderlərin ilk üçlüyünü “Chery” (482 ədəd), (+2 dəfə) bağlayıb.

Ardınca “Changan” (301 əd.), “FAW” (79 əd.), “Lifan” (65 əd.) və “JAC” (43 əd.).

Modellər arasında ən çox, “Haval F7” (738 əd.), “Geely Atlas” (602 əd.), “Haval H6” (494 əd.), “Chery Tiggo” (479 əd.) və “Changan CS35” (288 əd.) satılıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh