Bu ərazilərdə yeni svetoforlar quraşdırılıb: hərəkətin təhlükəsizliyinin daha effektiv tənzimlənməsi üçün

Yeniliklər 25 Fevral 2020 18:36 Oxunub 1132
Bu ərazilərdə yeni svetoforlar quraşdırılıb: hərəkətin təhlükəsizliyinin daha effektiv tənzimlənməsi üçün
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məktəblilərin təhlükəsizliyini təmin etmək üçün svetofor quraşdırılıb, nişanlanma xətləri çəkilib

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi (İLİİ) tərəfindən hərəkətin intensiv olduğu ərazilərdə hərəkətin təhlükəsizliyinin daha effektiv tənzimlənməsi üçün svetofor obyekti quraşdırılıb. Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, svetoforlardan biri Sumqayıt şəhəri Çerkazi küçəsində quraşdırılıb. Burada piyadaların hərəkətini tənzimləmək və onların yoldan təhlükəsizlik keçməsi üçün quraşdırılan svetofor artıq istifadəyə verilib. 


Əvvəllər sözügedən ərazidə nizamlanmayan piyada keçidi mövcud olub. Hazırda isə bu dəyişdirilib. 
Daha bir svetofor Goranboy rayonu, Qızılhacılı kənd orta məktəbinin qarşısında quraşdırılıb. Vətəndaşların müraciətləri əsasında ərazidə təhlil aparılıb və piyadaların, məktəblilərin təhlükəsizliyini təmin etmək üçün qeyd olunan ərazidə svetofor quraşdırılıb, nişanlanma xətləri çəkilib.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh