Avtosfer.az | Reklam
Bakıda yeni texniki baxış mərkəzi tikilir - VİDEO
Avtoxəbər 25 Fevral 2020 22:00 1037 dəfə oxunub
Bakıda yeni texniki baxış mərkəzi tikilir  - VİDEO
Qaradağ, Səbail, Yasamal və Nəsimi rayonlarında yaşayan sürücülər müraciət edə biləcəklər

Bakının Qaradağ rayonu ərazisində Avtomobillərin Texniki Baxış Mərkəzi tikilir. Dairəvi yolun kənarında tikilən mərkəzin ümumi sahəsi 2,5 hektardır.

Avtosfer.az-ın məlumatına görə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev  bildirib ki, yeni inşa edilən texniki baxış mərkəzində bir sıra yeniliklər olacaq.

Yeniliklərdən biri odur ki, texniki baxış mərkəzinə gələn sürücülərin avtomobildən enmədən bütün prosedurlar keçiriləcək.

Paytaxtın Qaradağ, Səbail, Yasamal və Nəsimi rayonlarında yaşayan sürücülər həmin texniki baxış mərkəzinə daha asan müraciət edə biləcəklər.

Mərkəzdə avtomobil sıxlığını azaltmaq üçün dayanacaq da tikilir.

Qeyd edək ki, yeni mərkəz may ayında sürücülərin istifadəsinə veriləcək.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh