Avtosfer.az | Reklam
YPX alayının əməkdaşları Xocalı abidəsini ziyarət edib - FOTO - VİDEO
Yol polisi 26 Fevral 2020 11:45 416 dəfə oxunub
YPX alayının əməkdaşları Xocalı abidəsini ziyarət edib - FOTO - VİDEO
Tədbirdə Xocalı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul xidmətinin alayının 11-ci tağımında Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Avtosfer.az xəbər verir ki, mərasimdə tarixçi Firuddin Zeynalov YPX əməkdaşlarına Xocalı faciəsinin tarixindən danışıb. Eyni zamanda polis əməkdaşlarına erməni vandalizmi onların Azərbaycana yürütdüyü işğalçılıq siyasətini barədə ətraflı məlumat verilib. Tədbirdə Xocalı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra isə polis əməkdaşları Xocalı abidəsini ziyarət edərək,abidə önünə gül dəstələri qoyub və şəhidlərin ruhuna ehtiramlarını ifadə ediblər.

Gültən Qədirli

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh