Özünü və qarşıdan gələnləri ölümə aparan sürücü- 51 BH 105 - VİDEO

Qaydalar 26 Fevral 2020 15:00 Oxunub 1857
 Özünü və qarşıdan gələnləri ölümə aparan sürücü-  51 BH 105 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötməyə başlamazdan əvvəl zolağın boş olmasına əmin olmaq lazımdır

Samux rayonunda yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, fevralın 24-ü Samux rayonu Alıuşağı kəndindən keçən hissəsində hərəkət edən 51-BH-105 qeydiyyat nişanlı "Vaz 21015" markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdakı avtomobilləri ötməyə başlayıb. Bu zaman o, əks tərəfdən gələn sürücünü təhlükəli vəziyyətə salıb. Görüntünü qeydə alan sürücü təhlükəni görən an yol çiyninə çıxaraq baş verə biləcək qəzadan yayına bilib. 

Sürücülər bəzən elə bilirlər ki, aslfatda 1.5 qırıq-qırıq xətlər varsa istədikləri vaxt ötmə və ya digər manevrlər edə bilərlər. Lakin qanunvericilikdə qeyd olunub ki, sürücü ötməyə başlamazdan əvvəl əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq. 

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh